1 Fevral 2015 10:59
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Gümri şəhərində 7 nəfəri öldürən rusiyalı əsgər Valeri Permyakov cinayət yerində keçirilən istintaq əməliyyatı zamanı huşunu itirib. Onun ölümü barədə məlumatlar yalandı.

Publika.az-ın məlumatına görə, bu barədə Ermənistanın İstintaq komitəsinin nümayəndəsi Sona Truzyan xəbər verib. O bildirib ki, Permyakovu bir neçə dəfə hadisə baş verən yerə aparıblar, bunlardan yalnız birində əsgər özünü pis hiss edərək huşunu itirib.

Komitədən Peryakovdan qan və saç nümunələri, eləcə də cinayət baş verən yerdən müəyyənləşdirilən izlər götürülərək ekspertizaya təhvil verildiyi bildirilib.

Qeyd edək ki, 12 yanvar tarixində Ermənistanda bir ailənin qətli baş verib. Gümridə olan evdə 6 ölü və 6-aylıq yaralı körpə aşkarlanıb. Daha sonra körpə də həyatını itirib.


Müəllif: