9 Fevral 2015 09:13
3 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında yayımlanan “Səni Axtarıram”verilişinə qatılan 85 yaşlı Qızbəs Səmədova ötən verilişdə Azərbaycanda çox məşhur olan bir şəxsin onun oğlu olduğunu iddia etmişdi.

ATVxəbər.az-ın məlumatına görə, verilişin bazar günü efirə gedən buraxılışında Qızbəs Səmədovanın oğlu olduğunu dedidyi şəxsin adı açıqlanıb. Bu Azərbaycanın xalq artisti Arif Quliyevdir:

“Mən onu atmamışam. Atası rəhmətə gedəndən sonra yenidən ailə qurdum. Övladımı bibisi sünnət etdirmək üçün məndən alıb apardı və geri gətirmədi. Sonradan məlum oldu kı,onu uşaq evinə verib. Efirlərin birində Arifin həyat hekayəsini izləyəndə bildim ki, mənim oğlumdur”, - deyə Qızbəs Səmədova bildirib.

Qeyd edək ki, məsləyə aydınlıq gətirmək üçün xalq artisti Arif Quliyev studiyaya gəlib. "Səni Axtrarırm"ın növbəti buraxılışında gerçəklər üzə çıxacaq.


Müəllif: