9 Fevral 2015 16:12
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında 1 056 733 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 81 PHS, 8 ədəd tank əleyhinə mina və 24 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İndiyədək isə ümimilikdə 279,354,449 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 689,704 ədəddir.

Xatırladaq ki, ötən ay bir mina hadisəsi qeydə alınıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

Qeyd edək ki, əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 121 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

BƏXTİYAR


Müəllif: