9 Fevral 2015 17:51
360

Ötən il inzibati nəzarət qaydasında 66 700 bələdiyyə aktına baxılıb, 2250 akt Ədliyyə Nazirliyinin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş nazirliyin geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, pozuntulara yol verən bələdiyyə sədrləri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli 43 faktla bağlı materiallar prokurorluğa göndərilib. İnzibati nəzarətlə bağlı nəfis şəkildə tərtib olunmuş, fotomateriallarla və diaqramlarla müşayiət olunan illik məruzə Milli Məclisə göndərilib.

Eyni zamanda, yerli özünüidarə orqanlarının fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən Azərbaycan bələdiyyələrinin elektron portalı yaradılıb və bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə geniş təqdimatı keçirilib.

Hacı Zeynalov


Müəllif: