10 Fevral 2015 14:06
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.

BƏXTİYAR


Müəllif: