10 Fevral 2015 15:17
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hilton Baku” otelində 1,8 milyon manata satışa çıxarılan mənzil alınıb.

Mənzilin yeni sahibi tanınmış iş adamıdır. Onun kimliyi isə hələlik açıqlanmır.

Hazırda oteldə daha bir yeni mənzil satışa çıxarılıb. 20 mərtəbəli “Hilton Baku”nun 13-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 220 m2 təşkil edir. 3 otaqlı mənzil 2,5 milyon manata təklif olunur. Mənzilin dəniz mənzərəli olduğu bildirilir.

Qeyd edək ki, “Hilton Baku” hələlik mənzil təklif edən yeganə paytaxt mehmanxanasıdır. Belə mənzillər “Flame Tower” otelində var, amma bu binada mənzillər hələ satışa çıxarılmayıb./azvision.az/


Müəllif: