12 Fevral 2015 11:59
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Y.Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycanla Qırğızıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa dair danışıqlar aparılıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Qırğızıstanın Azərbaycandakı səfiri Ayciqit Buranov görüşdə iştirak edib.

Sonra nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də olub, istehsal prosesini yaxından izləyib.

BƏXTİYAR


Müəllif: