16 Fevral 2015 11:52
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı zooparkının direktoru Azər Hüseynov zoopark ərazisində tülkünün ziyarətçi qadını dişləməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

A.Hüseynov Trend-ə bildirib ki, zoopark ərzisində insanın tülkü tərəfindən dişlənməsi halı baş verə bilməz. Çünki tülkülər və porsuqlar hazırda zooparkın ziyarətçilər üçün açıq olmayan hissəsində - təsərrüfat həyətində saxlanılır.

Həmin həyətə girişin qadağan olduğunu və bu barədə orada həm Azərbaycan, həm də rus dilində xəbərdarlığın yazıldığını deyən A.Hüseynov əlavə edib ki, tülkü və porsuqlar üçün qəfəs hazırlansa da, onlar hələlik həmin qəfəsə köçürülməyiblər: “Tülkü və porsuq zooparkın adam görə bilən hissəsində deyil, oraya adamlar keçə bilməzlər. Ancaq əgər kimsə oraya keçibsə, bu, yalnız onun məsuliyyətsizliyindən olub”.

Onun sözlərinə görə, əgər həqiqətən də zooparkda dişlənmə hadisəsi olsaydı, bu barədə zooparkın həkiminə və işçilərinə məlumat verilərdi. Ancaq zoopark işçilərinə bu barədə müraciət daxil olmayıb.


Müəllif: