16 Fevral 2015 16:26
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Su sayğaclarının yoxlanması, təmiri və onlara texniki qulluq göstərilməsi məqsədilə Bakı şəhərində yeni laboratoriya yaradılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının yap.org.az saytına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək, sayğacların xətaları müəyyən ediləcək, texniki göstəricilərə uyğun təzyiqə davamlılıq yoxlanılacaq və ehtiyac yarandıqda onların təmiri aparılcaq.

Naibə QURBANOVA


Müəllif: