20 Fevral 2015 12:07
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Baş Dövlət Yol Polisi İdarəsində 2014-cü il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilib nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunub. Hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilib.

Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilib.

2014-cü il ərzində “Siqnal” İİLİ tərəfindən 91 svetofor obyekti quraşdırılmış, 19.536 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 1.533.163 pm cizgiləmə işi aparılıb.

Baş idarədə yeni yaradılmış 902-«Qaynar xətt» xidmətinə daxil olan 12.500-dən çox şifahi sorğular cavablandırılıb. Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində “Təmiz hava” aylığı keçirilib, 3167 şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 4.405 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.

Baş idarənin əməkdaşları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 56.308 avtomobil ilkin qeydiyyata alınmış, 75.969 ilkin sürücülük vəsiqəsi verilib.

Hacı Zeynalov


Müəllif: