24 Fevral 2015 11:13
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, bu gün saat 10:30-dan etibarən Xocalı prospekti hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yolun bağlanması piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə əlaqədardır.

Sürücülərə alternativ olaraq Sabit Orucov və Afiyəddin Cəlilov küçələrindən istifadə etmələri tövsiyə olunur.


Müəllif: