25 Fevral 2015 10:49
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə valyuta məzənnələrində edilən dəyişiklikdən sonra ölkəyə dollar və avro ilə idxal olunan bəzi məhsulların qiymətində artım qeydə alındığı barədə məlumatlar yayılır.

Belə məhsullardan biri də dərman preparatlarıdır.

İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, dərman preparatlarının qiymətlərinin artması barədə yayılan məlumatlarla əlaqədar monitorinq aparılır:

“Bildiririk ki, görülmüş tədbirlər nəticəsində dərman preparatlarının satış qiyməti əvvəlki səviyyəyə qaytarılıb. İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir”.

Naibə QURBANOVA


Müəllif: