3 Mart 2015 18:20

ABŞ Konqresinin Şimali Karolina ştatından olan üzvü Vircinya Foks Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. O, 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda 613 nəfərin qətlə yetirildiyini bildirib. Konqres üzvü Xocalı faciəsinin qurbanlarının anılmasının vacib olduğunu deyib.

V.Foks Azərbaycanın ABŞ-ın dəyərli və etibarlı müttəfiqi olduğunu bəyan edib və bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanın terrora qarşı mübarizədə ABŞ-a əhəmiyyətli dəstək verdiyini vurğulayıb. Eyni zamanda, Konqres üzvü Foks öz bəyanatında çox qısa müddət ərzində Azərbaycanın ciddi iqtisadi uğurlar qazandığını qeyd edib.

Səxavət


Müəllif: