5 Mart 2015 15:02
1 170

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri vəzifəsinə Camaləddin Quliyev təyin olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı azadinform.az saytı yayıb. C.Quliyev buna qədər İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunda məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir qədər əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mətbuat və informasiya orqanları ilə iş sektorunun keçmiş müdiri Vüqar Əliyev Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini vəzifəsinə təyin olunmuşdu.


Müəllif: