5 Mart 2015 16:19

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Xalq Artisti”

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

“Əməkdar Müəllim”

Əhədova Mətanət Məcnun qızı
Kazımzadə Elmina Mobil qızı
Musayeva Bella Sirac qızı
Mustafayeva Mehriban İsa qızı

“Əməkdar Həkim”

Ağazadə Cəmilə Əyupovna

“Əməkdar Mədəniyyət İşçisi”

Abbaslı Elmira Mikayıl qızı

Prezident İlham Əliyev, həmçinin Azərbaycan qadınlarının bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilirlər:

Abdullayeva Qalina Alekseyevna
Ablayeva Rəbiyə Cəmil qızı
Əsədova Qətibə Yəhya qızı
Hacıyeva Sevda Həbib qızı
Nurəliyeva Mənzərxanım Fikrət qızı


Müəllif: