7 Mart 2015 09:53
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı təklif irəli sürüb.

R.Cəbrayılov Report-a açıqlamasında deyib ki, dilənçilərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi real görünmür:

"Dilənçilik-avaraçılıqla bağlı inzibati məsuliyyət mövcuddur. Amma dilənçiliyə cəlbetmə ilə bağlı cinayət məsuliyyəti var. Bundan artıq sərt tədbir görməyi düşünmürəm. Bu insanları inzibati qaydada cərimələsən də, rayona göndərsən də yenə də gəlirlər. Bunun üçün başqa çıxış yolları tapmaq lazımdır. Qanunvericiliyi sərtləşdirməklə nəyəsə nail olmaq olmaz. Təklif edirəm, inzibati metodları işə salmaq lazımdır. Yəni, onları məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır".

Millət vəkili vurğulayıb ki, bu hal "Bakı-2015" I Avropa Oyunları zamanı Azərbaycana başucalığı gətirməyəcək: "Qonaqların Azərbaycana gəlişi ilə dilənçilər üçün "iş mövsümü" başlayır. Variantlardan biri bunların "qaraçı" kimi təqdim olunmasıdır. Yəni qaraçılar dünyanın hər yerində var. Bir neçə il öncə Fransadan 20 mindən artıq qaraçı deportasiya edildi. Bu yöndə təbliğat işləri aparılmalıdır".


Müəllif: