7 Mart 2015 14:42
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, martın 9-dan 13-dək Hohenfels şəhərində (Almaniya) Kombayn Rezolv-4 təliminin yekun planlaşdırma konfransı, martın 9-dan 20-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu, martın 10-dan 11-dək İstanbul şəhərində (Türkiyə) hərbi və təhlükəsizlik tədqiqatları üzrə beynəlxalq simpozium, martın 10-dan 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) ingilis dili fakültəsinin inkişafı mövzusunda işçi görüşü, martın 11-dən 13-dək Belqrad şəhərində (Serbiya) əməliyyat imkanları konsepsiyası, qiymətləndirmə və analiz proqramının məlumat bazası üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Müəllif: