11 Mart 2015 09:36
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb.

Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, metronun “Gənclik” stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss edib.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, dünyasını dəyişən şəxs1951-ci il təvəllüdlü Bağırov Sabir Balamirzə oğludur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: