11 Mart 2015 15:08
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman naziri Azad Rəhimov küçə itlərinin öldürülməsinə münasibət bildirib.

Teleqraf.com-un xəbərinə görə, nazir itlərin öldürülməsinin əleyhinə olduğunu deyib:

"Mən bir insan kimi itlərin öldürülməsindənsə xüsusi yerdə saxlanmasının tərəfdarıyam. Avropa Oyunlarının əməliyyat komitəsi itlərin öldürülməsi barədə xəbəri eşidəndə qərara gəldi ki, həmin itlərlə bağlı tədbirlər görülsün və xüsusi yerlərə köçürülsün. Bildiyiniz kimi Leyla xanım Əliyeva sahibsiz heyvanların qorunması ilə bağlı bir çox layihələr həyata keçirir. Mən özüm başıma gələn əhvalatı danışmaq istərdim. Bilgəhdə bağ evimdən çıxanda 3-4 it üstümə hücum çəkdi. Yaxşı ki, yaxınlıqda avtomobil vardı, yoxsa məni parçalayardılar. Birtəhər qaçıb xilas oldum".

Nərgiz


Müəllif: