12 Mart 2015 13:54
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Müdafiə nazirinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində Sloveniya Respublikasının Prezidenti, Parlamentin sədri, Müdafiə naziri və bir sıra digər görüşlərin keçirilməsi planlaşdırılır.

Səfər martın 14-dək davam edəcək.

Bəxtiyar


Müəllif: