12 Mart 2015 14:53
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti və Maltanın Baş naziri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Maltanın Baş naziri Cozef Muskat III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcək. Bu məqsədlə hər iki dövlət və hökumət başçısının aprel ayının sonunda Azərbaycana səfəri planlaşdırılır.

Səfər çərçivəsində A.Atambayev və C.Muskatın III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirakı ilə yanaşı, bır sıra rəsmi görüşləri də gözlənilir.

Qeyd edək ki, III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30 Bakıda keçiriləcək. Tədbirdə onlarla ölkədən sabiq və hazırkı dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.

Forumda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlərini geniş müzakirə ediləcək.

Səxavət


Müəllif: