13 Mart 2015 14:50
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uruqvay səfərini yekunlaşdıran Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Çiliyə gedib.

Teleqraf.com xəbər verir ki, səfər zamanı deputatlar Çili parlamentinin və icra orqanlarının rəhbərlərilə görüşüblər. Santiaqoda reallaşan görüşlər də Azərbaycan-Çili əlaqələri, parlamentlərarası münasibətlər, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, iki ölkə arasında dostluğun möhkəmləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb.

Ticarət, enerji, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Çili mediası azərbaycanlı parlamentarilərin səfəri barədə geniş materiallar dərc edib.

Nemət


Müəllif: