16 Mart 2015 09:33
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki gün ərzində erməni silahlı birləşmələri cəbhədə atəşkəsi 113 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, martın 16-na olan məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Martın 15-nə olan məlumata görə isə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Paravakar,Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdəki mövqeələrimiz atəşə məruz qalıb.

Eləcə də Ermənistanın Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Həmçinin, Goranboy rayonunun Gülüstan,Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.


Müəllif: