25 Mart 2015 13:27
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcək Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan Respublikası G20 platformasında təşkil ediləcək bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, G20 platformasında müzakirələr şerpa (dövlət və hökumət başçılarının xüsusi nümayəndələri) və maliyyə istiqaməti üzrə aparılır. Ölkəmizdə maliyyə istiqaməti üzrə əlaqələndirmə Maliyyə Nazirliyi, şerpa istiqaməti üzrə əlaqələndirmə isə Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

2015-ci ilin 26-27 mart tarixlərdə Türkiyənin İzmir şəhərində şerpa istiqaməti üzrə ikinci toplantı keçiriləcəkdir. Toplantıda xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev iştirak edəcəkdir. Həmçinin, İqtisadiyyat və sənaye, Əmək və əhalinin sosial müdafiəsi, Energetika nazirlikləri və Baş prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil olunacaqdır.

Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, anti-korrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcəkdir.


Müəllif: