25 Mart 2015 16:41
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Azərbaycandakı səfirliyi aprelin 29-da keçiriləcək prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi təşkil edəcək.

Trend-in məlumatına görə, məntəqə Özbəkistan səfirliyində (ünvan: Bakı ş., Badamdar qəs., birinci şose, 9-cu döngə, ev 437) Bakı vaxtı ilə saat 06:00-dan 20:00-dək açıq olacaq.

Səs vermək üçün şəxsən iştirak etmək və Özbəkistan vətəndaşının qüvvədə olan pasportu lazımdır. Hazırda səfirliyin konsulluq qeydiyyatında səsvermə hüququ olan 200 Özbəkistan vətəndaşı var. Bundan başqa, Azərbaycanda müvəqqəti olan və konsulluq qeydiyyatında olmayan (məsələn, turistlər, ezamiyyətdə olanlar) səs verə biləcəklər.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri aprelin 29-da keçiriləcək. Prezidentliyə hazırkı dövlət başçısı İslam Kərimov daxil olmaqla 4 namizəd var.


Müəllif: