23 May 2014 09:51
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti polislər tərəfindən əhatəyə alıb.

Teleqraf.com-un məlumata görə, Bakı Metropoliteninin tikdiyi depo həmin ərazidə yerləşdiyi üçün ərazidəki bütün evlər söküləcək. Sakinlər bildirir ki, universitetin həyətinin bir hissəsi də plana düşən yerlərdəndir.

Bəzi sakinlər onlara ödənilən kompensasiya ilə razılaşsa da bəziləri ödənilən məbləğlə razılaşmayaraq evlərindən çıxmayacağını bildiriblər.

Sakinlər evlərinin qarşılığında onlara olduqca az kompensasiya verildiyini deyirlər.

Hadisə yerində olan müxbirimizin verdiyi xəbərə görə, polislə yaranan qarşıdurma nəticəsində saxlanılanlar var.


Müəllif: