1 İyul 2015 14:02

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində tikilən hərbi şəhərcikdə aparılan inşaat işlərinin gedişatını yoxlayıblar.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yeni salınan hərbi hissəyə baş çəkən müdafiə nazirinə məruzə olunub ki, tam infrastrukturla təmin olunacaq müasir tipli qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi və eləcə də digər obyektlərin inşası qısa müddətdə başa çatdırılacaqdır.

Tikintini həyata keçirən heyətlə görüşən müdafiə naziri görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

BƏXTİYAR


Müəllif:
Загрузка...