6 İyul 2015 18:57
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.


MSN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.


Müəllif: