6 İyul 2015 22:10
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair yayılan məlumatlara münasibət bildirib.

Məlumatlarda göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir.


Müəllif: