8 İyul 2015 10:25
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qeyri-hökumət təşkilatlarının insan alveri qurbanlarına yardım prosesində rolu artırılır.

Teleqraf.com xəbər verir ki, Nazirlər Kabineti “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Qaydaların 6.8-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra Azərbaycanda insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, qurbanlara hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

Qeyd edək ki, əvvəlki redaksiyada göstərilirdi ki, qurbanların cəmiyyətə reinteqrasiyasına qeyri-hökumət təşkilatları cəlb edilə bilər.

Digər dəyişikliyə görə, 6.1-ci bənddə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nda sözləri "qüvvədə olan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nda” sözləri ilə əvəz edilib.


Müəllif: