8 İyul 2015 11:03

Xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılmaması məsələsinə aydınlıq gətirilib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov "Report"a açıqlamasında bildirib ki, hərbi xidmət müddətini başa çatdıran şəxslərin hələ də hərbi hissələrdə saxlanması və ehtiyata buraxılmaması haqda yayılan məlumatlar həqiqəti əks etdirmir.


O bildirib ki, iyulun 1-dən başlayaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb: "Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağrış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir".


Müəllif:
Загрузка...