9 İyul 2015 11:34
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suda boğulan iki nəfərin həyatını xilas etmək üçün öz həyatını qurban verən polis serjantı Zaur Nurəliyevin ailəsini dünən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Yaşar qəbul edib.

Bu barədə Movqe.az-a Zaur Nurəliyevin ortancıl qardaşı Mahir Nurəliyev məlumat verib. M. Nurəliyev bildirib ki, dünən onları qəbul edən Yaşar Əliyev dərin kədərini bildirərək ailəyə baş sağlığı verib: Cənab Yaşar Əliyev bizə böyük diqqət və nəvazişlə yanaşdı. Cənab nazir Ramil Usubovun baş sağlığını çatdırdıqdan sonra nəyə ehtiyacımız varsa hər birinin heç bir problem olmadan həll ediləcəyini söylədi.

Y. Əliyev Zaurun məzarı üzərində abidəsinin də ucaldılacağına söz verdi. Onun göstərdiyi igidliyin polis adına şərəf olduğunu söylədi. Biz də minnətdarıq, başda cənab Ramil Usubov olmaqla bu sistemdə çalışan hər bir kəsə ailəmizə göstərdiyi diqqətə görə. Onunla təsəlli tapırıq ki, Zaur başqalarının canını qurtararkən həyatını itirib.

O, əsl polis nəfəri kimi davranıb. Bu bizim yeganə təsəllimizdir. Bu gün də yas mərasimində həm Yaşar Əliyev iştirak edəcək. Cənab nazirin də iştirakı gözlənilir. Biz ailəmizə bu kədərli günlərində dəstək verən hər kəsə başda cənab nazir olmaqla minnətdarlığımızı bildiririk".


Müəllif: