11 İyul 2015 23:23
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası olub.

AZƏRTAC xəbər verir ki, iclasda S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Qartal” firmasının cavabdehlər “KAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Cavanşir Sultanova qarşı Bakı Şəhəri İcra Hakimiyyətinin 2006-cı il 7 iyun tarixli, 146 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbinə dair mülki iş üzrə “KAT LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2014-cü il 14 oktyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 417.1.3-cü və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.


Müəllif: