13 İyul 2015 09:19
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) "Açıq dəniz təlimi" keçirilir.

Tədbirlərdə Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Bəxtiyar


Müəllif: