16 İyul 2015 10:03
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə daxili qoşunların sabiq komandanı Fəhmin Hacıyevlə Camal Əhmədov arasında qarşıdurma, bir-birini ittiham etmək halı yaşanır.

Tərəflərin bir-birinə ittihamı 1992-c i ilin fevralın 22-də Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə düzəltmək üçün nəzərdə tutulan əməliyyat və onun kim tərəfindən pozulması konteksində yönəldirlər. Xatırladaq ki, Camal Əhmədov həmin dövrdə batalyon komandiri, qarnizon rəisi və hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, sabiq komandan qeyd edib ki, Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün hərbi əməliyyat hazırlanıb, sonradan bu əməliyyatın həyata keçirilməsinə o zamankı prezident Mütəllibov razılıq verməyib. Fəhmin Hacıyev bu məlumatı o zamanlı müdafiə naziri Şahim Mustayevdən aldığını diqqətə çatdırıb.

Camal Əhmədov: “Fəhmin Hacıyev Mütəllibovu devirmək üçün Xocalıya kömək müşavirəsini pozdu”
Camal Əhmədov isə Fəhmin Hacıyevi Xocalıya kömək əməliyyatı müşavirəsi zamanı təxribat törədib müşavirəni və hücumu pozaraq faciənin miqyasını böyüməsinin baiskarı kimi təqdim edib. Həminin sabiq komandana Uzundərə Bazasını ermənilərdən almaq məqəsdilə hazırlanan əməliyyat planını xatırladıb: “1992-ci ilin fevralıb 21-də prezidentin xüsusi səlahiyyətli nümayəndəsi Musa Məmmədovun rəhbərlik etdiyi Ağdam mərkəzi qərargahında toplaşaraq Xocalının xilası məqsədi ilə Əsgəran istiqamətində hücum planının növbəti dəfə müzakirə etməyə başladıq. Müzakirələrdə Xocalının prokuroru Atakişi Atakişiyev, Daxili İşlər İdarəsinin Qarabağ rəisi polkovnik Şahin Cahangirov,onun müavinləri - Elyaz Həsənov və Ramil adlı mayor iştirak edirdi. Onlar “Xocalıya yol açılmasa Xocalılar son nəfərə qədər məhv ediləcək” deyə haray salırdı, dövlət rəhbərlərindən tədbir görmələrini tələb edirdilər. Tamerla Qarayev, Rövşən Cavadov və Fəhmin Hacıyev də Ağdam da idilər. Fasilə zamanı Rövşən Cavadovla Tamerlan Qarayev məni qərargahın digər bir otağına dəvət edərək Xocalının xilas edilməsi üçün Uzundərə hərbi bazasının ələ keçırılməsinin vacibliyi barədə Ayaz Mütəllibovun müsbət fikri olduğunu dedilər və döyüş əməliyyatı planı tərtib etməyimi məndən xahiş etdilər. Birbaşa hərbi hücumla həmin bazanın ələ keçirilməsinin qeyri mümkün olmasını, əks halda hücumun çoxsaylı insan tələfatı və bazanın partladılması ilə nəticələnəcəyinə bildirdim. Əməliyyatı fevral ayının 22-də, gündüz saat 12-də həyata keçirəcəyimizi, təkbaşına bazaya daxil olaraq bütün hərbi karaul dəstəsini aldadıcı manevrlə tərksilah edəcəyimi, bütün əsgər və zabitlərin xidməti silahları saxlanan 75139 məxfi şifrəli karaul binasına daxil olaraq həmin silahları, ələ keçirib karaul dəstəsini girov götürərək bazanın komandanlığına döyüşsuz təslim etmək barədə ultimatum verəcəyimi dedim. Bildirdim ki, plan baş tutduğu halda havaya yaşıl rəngdə fişəng buraxacağıq. Bundan sonra isə silahlı dəstələrimizin maneyəsiz bazaya daxil olacaqlarını hərbi bazanın Şirin Mirzəyevə təhvil verəcəyini razılaşdırdıq. Əgər havaya yaşıl fişəng buraxmasaq deməli ələ keçdiyimiz və ya öldürüldüyümüz bəlli olacaqdı, bunun üçün əməliyyatı dayandırıb silahlı qüvvələri geriyə çəkilməli olduğu razılaşdırıldı. Biz bunu bacardıq, baza ələ keçirildi və Müdafiə Nazirliyinə təhvil verildi. Bununla da, hücumu bütün resurslarla təmin edilmişdi. Lakin Ayaz Mütəllibovu devirmək üçün hücum və Xocalıya kömək sizlərin məkr və hiylələrinizə zidd idi. Ona görə də, sən kimdənsə əməliyyat planını pozmaq komandası almışdın. Əməliyyat planını pozdun, qaçıb gizləndin, Xocalı faciəsindən istifadə edərək Mütəllibovu devirdiniz”.

Fəhmin Hacıyev: “Hücum Xocalıya idi, sizlər isə Bərdə yolu üzərində olan anbarı qorumağı daha üstün tutdunuz”

Sabiq komandan Fəhmin Hacıyev də öz növbəsində Camal Əhmədovun yalan danışdığını iddia edib: “Camal yenə yalan danişırsan, gözünün içinə qədər. Əvvəla iclası mən deyil, karyer Qasımla Şahin pozub. İkincisi, mən demişəm ki, hərbçilərin hazırladığı planı Şahin Musayev təsdiq edəcək. Digər heç bir plana görə, Bakı əməliyyat keçirilməsinə icazə verməyəcək. Sizdən soruşuram, 24-27 tarixlərində harada idiniz ey “xalqa yanan qəhrəman”. Niyə Uzundərəyə istehkam alayına hücum edib təxribat etdiniz, niyə imkan vermədiniz ki, F.Bəxşəliyev və F. Asif digər qüvvələrlə döyüşə getsin? Bəyəm Uzundərəyə və istehkam alayına ermənilər hücum edirdi? Erməni mövqelərindən 70-80 kilometr uzaqlıqda olan obyekti ələ keçirməyə həmin gün nə ehtiyac var idi? Hücum Xocalıya idi, ora müdafiə olunmalı idi. Sizlər isə Bərdə yolu üzərində olan anbarı qorumağı daha üstün tutdunuz. Budur əsl simanız. İndi də, özünüz kimi bir neçə nəfəri misal kimi göstərirsiniz. Unutmayın, hadisələrin vicdanlı şahidləri, rəsmi sənədlər və hərbi ekspertizanın rəyi var. Mən sizə təşəkkür edirəm ki, yazdığınız “kitabda” törətdiyiniz cinayətləri etiraf etmişiniz. İndi söz məhkəmənindir. Uzundərədən çıxardığınız silahların Xocalıya kömək üçün verdiyiniz barədə dedikləırinizdə ağ yalandır. Xocalı Şamaxıda, Ucarda, Ağsuda yerləşmirdi”.


Müəllif: