18 İyul 2015 22:07
620

Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat katibi Arman Saqatelyan istefa verib.

Bu haqda Saqatelyan “Facebook” səhifəsində xəbər verib.

O, başqa işə dəvət aldığını və özəl sektorda çalışmaq arzusunda olduğunu bildirib.

"Əziz həmkarlar sizə bildirirəm ki, bu gün mən prezidentin mətbuat katibi vəzifəsindən azad etmək xahişi ilə respublika prezidentinə ərizəmi verdim. Mən başqa işə dəvət aldım və özəl sektora keçməyi arzu edirəm. Biznes layihələri ilə məşğul olmaq istəyirəm. Bu illərdə birgə iş üçün sizin hamınıza təşəkkür edirəm", - deyə Arman Saqatelyan yazıb.

Qeyd edək ki, Arman Saqatelyan 1975-ci ildə anadan olub. Siyasət üzrə elmlər namizədidir. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin "Zinuj" proqramının aparıcısı olub, eləcə də ümumerməni fondu "Ayastan"nın ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib. Erməni-Rus (Slvayan) universitetinin informasiya texnologiyaları kafedrasına, eləcə də "ArmRadio FM 107"yə rəhbərlik edib.

Arman Saqatelyan 2013-cü il Ermənistan prezidenti Serj Sarkisyanın mətbuat katibi təyin edilib./Ans/


Müəllif: