27 İyul 2015 16:40
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz Türk: “Gənclərimiz İran zindanlarında işgəncələrə məruz qalır, amma öz milli haqlarını tələb edirlər”

Londonda ''İranın təbliğat siyasəti və fars olmayan millətlər’’ adlı konfrans keçirilib. Tədbirə Güney Azərbaycan türkləri, ərəb, Bəluç, və kürd millətinin təmsilçiləri qatılıb. Güney Azərbaycan İstiqlal Partiyasının GAİP) araşdırma mərkəzinin rəhbəri Oğuz Türk bu toplantıda, öz fikirlərini bölüşüb. İran farsçı dövlətinin bölgədə və xüsusuilə ərəb dünyası, Türkiyə və Azərbaycanla bağlı siyasətinə qarşı, fars olmayan millətlərin işbirliyinin zəruriliyini önə çəkən Oğuz Türk, ötən yüzildə Güney Azərbaycanın uğradğı soyqırımdan danışıb. Konfransda qeyri fars millətlərin durumu və problemdən çıxış yolları müzakirə edilib.

Həmçinin Güney Azərbaycanın müstəqilliyi və öz müqəddəratına sahib olması Azərbaycanın ən önəmli problemi olduğu vurğulanıb: "Bu istiqamətdə mübarizə aparan gənclərimiz İran zindanlarında işgəncələrə məruz qalır, amma öz milli haqlarını tələb edirlər. Yaxın Şərqin bir çox problemlərinin həlli Güney Azərbaycanın müstəqilliyindən asılıdır. Güney Azərbaycan İstiqlal Partiyası Güney Azərbaycanın müstəqilliyi yolunda aparılan uzun mübarizədə, qeyri fars millətlərin birgə İran işğalına qarşı mübarizə aparmasını gərəkli və önəmli hesab edir. Bu önəmli yolda Türkiyə və Azərbaycan qardaş dövlətlərinin marağı çox önəmlidir”.


Müəllif: