28 İyul 2015 16:04
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər hərbi sahədə uğurla inkişaf edən əlaqələri müzakirə edib və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Görüşdə iştirak edən Fransa Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi polkovnik-leytenant Andre Evrar fəaliyyət müddətinin başa çatması ilə əlaqədar ölkəmizdəki xidməti dövründən və əməkdaşlıqdan məmnunluq ifadə edərək gələcəkdə də Azərbaycanın daim səmimi dostu olaraq qalacağını bildirib.

BƏXTİYAR


Müəllif: