30 İyul 2015 17:16

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Asif Məhərrəmov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti 3-cü mikrorayon dairəsindən 20 Yanvar küçəsi (Şamaxinka) istiqamətində məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Moskva prospekti və Cavadxan küçəsindən istifadə etmələri tövsiyə olunur.


Müəllif:
Загрузка...