31 İyul 2015 15:55

“Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki istiqamətdəyolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin yan yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

“Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

İLHAMƏ


Müəllif:
Загрузка...