31 İyul 2015 17:29
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın paytaxtı Moskva şəhərinə səfərə gedib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcəkdir.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

BƏXTİYAR


Müəllif: