21 Aprel 2014 12:25
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) şöbə rəisi rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

Bakı Şəhər Hərbi Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aprelin 20-də ehtiyatda olan I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, I dərəcəli kapitan (polkovnik) Qasım Quliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən, yaş həddinə görə 23 avqust 2013-cü il tarixində Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb. Ona görə də hazırda bu şəxsin Müdafiə Nazirliyinə birbaşa bağlılığı yoxdur.

Qeyd edək ki, 56 yaşlı Qasım Quliyev uzun müddət HDQ-nin Naviqasiya və kartoqrafiya şöbəsinin rəisi vəzifəsində çalışıb.


Müəllif: