11 İyun 2014 23:18
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində hökumətə ayrılan vaxtda çıxışı zamanı Müdafiə naziri Seyran Ohanyan Azərbaycanla təmas xəttində vəziyyətin gərgin olduğunu etiraf edib.


Erməni mediası xəbər verir ki, Ohanyan Azərbaycanın dəfələrlə atəşkəsi pozması nəticəsində erməni əsgərlərin öldürüldüyünü bildirib:

“Ermənistan ictimaiyyəti bunu düzgün anlamalıdır və başa düşməlidir ki, erməni hərbçiləri düşmən tərəfin həmlələrini mümkün qədər dəf eləməyə çalışır. Bu, Dağlıq Qarabağ münaqişəsinin tam həllinə qədər davam edəcək”.

Ohanyan deyib ki, Azərbaycan tərəfi məqsədli şəkildə və ardıcıl olaraq Ermənistanı sərhəd boyu imtana çəkir, hərbi qabiliyyətini yoxlayır və Ermənistanın ordusunun sərhəd boyu zəif və üstün yerlərini öyrənir. Lakin Azərbaycan tərəfinin bu addımlarının qarşısı amansızlıqla alınacaq.


Ohanyan həmçinin ATƏT-in monitorinq qrupunun yarıtmazlığından gileylənib. Əlavə edib ki, qurum faktiki olaraq hansı tərəfin atəşkəsi birinci pozmasını müəyyənləşdirə bilmir. Qurumda belə texnika və mexanizm yoxdur.


Bu arada qondarma “Dağlıq Qarabağ Respublikasının” müdafiə nazirliyi adlı qurumu bu gün ön cəbhədə qarabağlı erməni hərbçinin öldüyünü bildirib. 1994-cü il təvəllüdlü Dernek Manukyan başından aldığı güllə yarasından keçindiyi bildirilir. Manukyanın hansı şəraitdə və necə ölməsi ilə bağlı araşdırma aparılır. Onun erməni əsgərlər arasında silahlı atışma zamanı öldüyü ehtimalı da var./axar/


Müəllif: