6 Aprel 2014 09:02

"Borussiya"nın futbolçusu İlkay Gündoğana növbəti rəsmi təklif gəlib.
Teleqraf.com-un verdiyi məlumata görə, "Mançester Yunayted" türkəsilli alman yarımmüdafiəçi üçün Dortmund təmsilçisi ilə rəsmi danışıqlara başlayıb. İlkay üçün "MY"nın bundesliqa klubuna 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Qeyd edək ki, İ.Gündoğanı "Napoli" və "Yuventus" da transfer etmək istəyir. "Borussiya" isə futbolçu ilə müqaviləni yeniləməyə çalışır.

Müəllif: