21 Aprel 2014 15:21
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 21-də Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib.

Toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub. Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin.

Bu barədə Teleqraf.com-a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət eiləcək. AYB-nin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Rövşən Danyeri


Müəllif: Teleqraf.com