1 Aprel 2016 10:46
365

Bu gün Yasamal rayon Məhkəməsində AZTV-nin sədri Arif Alışanovun professor Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.

Prosesdə Qulu Məhərrəmli iştirak edib, Arif Alışanovu isə nümayəndəsi təmsil edib. Amma hazırlıq iclasında iş baxışa təyin edilməyib və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Arif Alışanov və Qulu Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb.

Bundan sora Arif Alışov şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəmə müraciət edib və Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılmasını istəyib.

Xatırladaq ki, Arif Alışanov Nəsimi Rayon Məhkəməsinə də müraciət edib. O, Qulu Məhərəmlidən 100 min manat tələb edib. Arif Alişanov ərizəsində həmin pulu uşaqlar evinə verəcəyini deyib.

Hacı Zeynalov


Müəllif: