1 Aprel 2016 18:37
585

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Vəkillər Kollegiyasının 16 saylı hüquq məsləhətxanasında çalışan Müzəffər Baxışovun Vəkillər Kollegiyasında kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.

Müzəffər Baxışov Teleqraf.com-a bildirib ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə bağlı mətbuatda açıqlama verib: “Həmin açıqlamada məhkəmə sisteminin bərbad vəziyyətə salınmasından söz açmışam. Mənim Vəkillər Kollegiyasından kənarlaşdırılmağımla bağlı məsələ bundan sonra aktuallaşıb.

Vəkillər Kollegiyası vəkillik fəaliyyətimə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək”.

Müzəffər Baxışovun sözlərinə görə, onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəmə qərarı olmalıdır.

Hacı Zeynalov


Müəllif: