2 Aprel 2016 10:02
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan təcavüzkar qüvvələri tərəfindən işğal olunub.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayonun 61 min sakini didərgin düşüb, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası Ermənistan silahlı qüvvələri tərəfindən xarabazara çevrilib.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib, qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Teleqraf.com Kəlbəcərin işğaldan öncə və işğal dönəminə aid fotolarını təqdim edir.


Müəllif: