2 Aprel 2016 13:18
358

Ermənilərin cəbhədəki təxribatı ilə əlaqədar Tərtər rayonunda əhalinin evləri boşaltması barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, Tərtər sakinlərinin hamısı öz evlərindədir, öz işləri ilə məşğuldur: "Hər şey qaydasındadır. Tərtərin qəhrəman əhalisi var, heç bir panikaya uyan deyil. Cəbhədə gərginlik davam edir, atışma hələ var. Əhali Azərbaycan əsgərinə güvənir və onlara lazımi dəstək verməyə hazırdır".

Əhalinin kəndlərdən çıxarılması ilə bağlı əraziyə polis qüvvələrinin cəlb olunması barədə yayılan məlumatlara da toxunan icra başçısı bu məlumatların tamamilə yalan olduğunu bildirir: "Polis niyə əraziyə cəlb edilsin ki? Cəbhədə kifayət qədər hərbçimiz var. Polisin işə cəlb edilməsinə heç bir ehtiyac yoxdur. Hər şey nəzarət altındadır. Polis öz işindədir, cəbhədə yox. Cəbhə xəttində Azərbaycan əsgərləri dayanıb, düşmənə lazımi cavab verirlər. Tərtər əhalisi isə əsgərlərə kömək göstərmək üçün tam hazır vəziyyətdədir".


Müəllif: