2 Aprel 2016 19:31
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer cəbhə xəttində baş verən gərginliklə bağlı bəyanat verib.

Teleqraf.com ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Ştaynmayer Berlində verdiyi açıqlamada qoşunların təmas xəttində gərginliyin artmasından və mülki əhali də daxil olmaqla insan itkisindən böyük narahatlıq keçirdiyini ifadə edib: “Mən tərəfləri hərbi əməliyyatlara dərhal son qoymağa və atəşkəs rejiminə hörmətə yanaşmağa çağırıram. Münaqişənin hərbi yolla həlli yoxdur”.


ATƏT-in fəaliyyətdə olan sədrinin fikrincə, tərəflər Minsk qrupu çərçivəsində danışıqlara geri dönmək üçün siyasi iradə nümayiş etdirməlidir: “Bu işdə ATƏT-in Minsk qrupunun həmsədrlərini tam dəstəkləyirəm”.

Nərgiz


Müəllif: